ASPIRE müəllimlərin işini asanlaşdırır və şagirdlərin öyrənməyə marağını artırır
Platformamız müəllimlər üçün fərqli fürsətlər təklif edir
Yaratdığımız məzmunu sizə ödənişsiz istifadə üçün təklif edirik
Hazırda təklif etdiyimiz tədris məzmunu ilə tanış olun
Platformamızın döyünən ürəyi müəllimlər və onların şagirdləridir
Ölkəmizin fərqli regionlarına gedir, müəllimlərlə tanış olur, onlara platformamız haqqında məlumat veririk
ASPIRE platformasından istifadə edən müəllimlərlə mütamadi görüşlər keçirir, onların rəyləri və ehtiyaclarına uyğun platformanı təkmilləşdiririk
Azərbaycanın müxtəlif yerlərindən gənc istedadları bir araya gətirir, onların arasında bilik yarışmaları təşkil edirik
bizi etdiyimiz işə daha da çox həvəsləndirir
Tələbə
Platformada müəllimin izahı ilə materialı daha rahat başa düşürük.Tapşırıqları müəllimin izahına əsasən işləməyimiz də daha aydın alınır. Ev tapşırıqları üçün vaxt limitinin olmaması çox yaxşıdır.
Tələbə
Sualların orta səviyyədə olması və tapşırıqları istədiyimiz vaxt həll edə bilməyimiz platformanın müsbət cəhədlərindəndir. Tapşırıqlar mövzuları tam əhatə edir.
Tələbə
İzahlar aydın və kompakt şəkildə olduğu üçün izləmək və həll etdikdə yorulmuruq. Hər hansısa bir səbəbdən dərslərdən geri qaldıqda buradan istədiyimiz mövzunu seçib, izləyib örgənmək mümkündür.
Müəllim
Riyaziyyat fənni üzrə resurs tapmaqda əvvəllər biz müəllimlər və şagirdlər çox çətinlik çəkirdik, indi isə ASPIRE platformasında çox rahat şəkildə həm dərslərin izahına baxa, həm də test işləyə bilirik. Şagirdlərin vaxtlarının daha maraqlı və səmərəli keçməsində böyük rol oynayır. Dərsdə daha aktiv və yüksək fəaliyyət göstərmələrinə stimul verir. Azərbaycanda belə gözəl təhsil platformasının olmağı biz müəllim və şagirdləri çox sevindirir.
Müəllim
Gözəl platforma üçün minnətdarlığımı bildirirəm. Həm biz müəllimlər üçün həmdə şagirdlər üçün çox gözəl, əlçatan və ən asası ödənişsiz olduğu üçün mükəmməl bir proqram yaradılıb. Mən bir müəllim kimi bu platformanı istifadə etdikdən sonra şagirdlərdə xeyli irəliləyiş görürəm. Bir daha sizə təşəkkür edirəm.
Müəllim
Bu platforma ilə tanışlığım mənim dərs keçmə metoduma yenilik qatdı. Həmişə fikirləşirdim ki dərsi necə edim ki elektron formada keçim. Bunun üçün vaxt lazım idi ki evdə hazırlayım. Amma platformada cox rahat dərs izahları var, həmdə ev tapşırığı üçün çox əlverişlidir.Buna görə bu platformanın yaradıcılarına öz təşəkkürümü bildirirəm.
Burada platformamız haqqında yarana bilən sualları cavablandırmışıq. Müəllim və ya tələbə olmağınızdan asılı olmayaraq, ASPIRE platformasından maksimum yararlanmağınıza kömək etmək üçün buradayıq.
Sual və ya rəyiniz varsa, bizimlə əlaqə saxlayın. Bu bizə işimizi təkmilləşdirməyə kömək edir.